Dünyanın ən varlı insanının sərvəti 11 milyard dollar azalıb | Banco.az

Dünyanın ən varlı insanının sərvəti 11 milyard dollar azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən varlı insanı olan Bernard Arno “LVMH” səhmlərinin çökməsindən sonra 11 milyard dollar itirib.

Banco.az xəbər verir ki, ABŞ iqtisadiyyatında dəbdəbəli mallara tələbin azalacağı ehtimalı Bernard Arnonun sərvətindən bir gündə 11,2 milyard dollar silib.

Belə ki, “Louis Vuitton”, “Moet & Chandon Champagne” və “Christian Dior” kimi markaları ehtiva edən “LVMH”nin təsisçisi Bernard Arno çərşənbə axşamı qazanclarının bir hissəsini geri verib. “LVMH” səhmləri isə ümumilikdə 5 faiz ucuzlaşıb.

Qeyd edək ki, bu itkilərə baxmayaraq, fransız milyarderin sərvəti hələ də 191,6 milyard dollar təşkil edir və o, dünyanın ən varlı insanı ünvanını əlində saxlayır. Bernard Arno bu il indiyədək 29,5 milyard dollar qazanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et