Tamara Mustafayeva, Banco.az
Amazon şirkətinin təsisçisi Ceff Bezos qardaşı ilə birlikdə kosmik səyahətə çıxmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, dünyanın ən varlı insanı olan Ceff Bezos ilə qardaşı Mark Bezos Ceff Bezosun sahib olduğu "Blue Origin" şirkətinin "New Shepard" adlı raketi ilə gələn ay kosmosa səfər edəcək.
Bezos Instagram profilindən etdiyi açıqlamada ilk dəfə göyərtəsində insan daşınaraq reallaşacaq kosmik səyahətin gələn ay baş tutacağını bildirməklə "5 yaşından bəri kosmosa uçmağı xəyal edirdim. 20 iyul tarixində bu macəra dolu səyahəti ən yaxın dostum olan qardaşımla birlikdə həyata keçirəcəyəm" deyə vurğulayıb.
Qeyd edək ki, bu uçuş kommersiya məqsədli özəl kosmik səyahət baxımından da dönüş nöqtəsi olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!