Dünyanın ən varlı insanı artıq İlon Mask deyil | Banco.az

Dünyanın ən varlı insanı artıq İlon Mask deyil

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask yenidən milyarderlər siyahısının ikinci pilləsinə düşüb.

Banco.az xəbər verir ki, “Tesla” səhmlərinin bazar dəyəri 500 milyard dollardan aşağı düşdükdən sonra şirkətin rəhbəri İlon Maskın sərvəti də azalıb. 

Şəxsi sərvəti 163,6 milyard dollara geriləyən Mask “Bloomberg Milyarderlər İndeksi”nin ikinci pilləsinə düşüb. Milyarderin sərvəti bir gündə 4 milyard dollar azaldığı halda, 2022-ci ildə ümumi sərvət itkisi 106 milyard dolları keçib.

İlon Maskın siyahıda geriləməsi ilə “Louis Vuitton”un rəhbəri Bernard Arno birinci pilləyə yerləşib.

Arno hazırda 170 milyard dollardan çox sərvəti ilə dünyanın ən varlı insanıdır. Pul siyasətinin sərtləşdirilməsi ilə əlaqədar qlobal bazarlarda kəskin volatilliyin yaşandığı cari ildə Arnonun sərvəti cəmi 7 milyard dollar azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et