Dünyanın ən varlı adamı karantində iş başına qayıdıb | Banco.az

Dünyanın ən varlı adamı karantində iş başına qayıdıb

Nigar Umaxanlı, Banco.az

Banco.az xəbər verir ki, “The New York Times”in məlumatına görə, “Amazon” şirkətinin baş direktoru Ceff Bezos pandemiya müddətində şirkətin gündəlik rəhbərliyinə geri qayıdıb. Milyarderi buna karantin dövründə pərakəndə ticarət nəhənginə sürətlə artan tələb vadar edib. “NYT”-nin da bildirdiyi kimi, şirkət qlobal karantin dövründə dünya supermarketinə çevrilib. Bezos bir neçə il əvvəl operativ fəaliyyətdən çəkilmişdi və ofisə nadir hallarda gedirdi. Milyarder gündəlik tapşırıqların yerinə yetirilməsini menecerlərə ötürmüş, özü isə “Alexa” və “Amazon Go” kimi vacib və uzunmüddətli hesab etdiyi layihələrə fokuslanmışdı.

Ancaq indi Bezosun gündəlik işi mətbuatla əlaqə yaratmaq və şirkətin aktual problemlərini həll etməkdən ibarətdir. “NYT” yazır ki, “Amazon”un CEO-su hər gün müxtəlif məsələlərlə, məsələn, anbarlarda işin təşkili və şirkət işçilərinə koronavirus testi edilməsi ilə bağlı video-zənglər edir.

Milyarder məmurlarla da əlaqə saxlayır və şirkətin ictimai tənqidlərə necə cavab verəcəyini müəyyənləşdirir. Bezos uzun illər ərzində ilk dəfə aprel ayında “Amazon”-un anbarına baş çəkib. Nəşriyyat qeyd edir ki, pandemiyadan əvvəl o, hətta Sietldakı qərargahda da az vaxt keçirirdi.

“Amazon” böhrandan qazanc götürmüş azsaylı şirkətlərdən biridir. İstehlakçı tələbatına görə şirkətin səhmləri rekord həddə çatıb. Martın əvvəlində dünyanın ən varlı adamı olan Bezosun sərvəti daha 25 milyard dollar artıb.

Həmçinin oxu: “Amazon” işdən çıxmaq istəyən əməkdaşlara 5000 dollar verir

Anbarların işçiləri “Amazon” tərəfindən xəstəliyə görə verilən müavinətlərin və qoruyucu tədbirlərin yetərsiz olmasından narazıdırlar. Əməkdaşlar özlərini təhlükəsizlikdə hiss etmədiklərini söyləyirlər. Yüzlərlə insan etiraz olaraq işdən çıxmağı planlaşdırırdı, lakin şirkət iddiaları əsassız adlandırıb.

Tənzimləyici orqanlar “Amazon”-un koronavirusla əlaqədar korporativ siyasətini tənqid edən əməkdaşların işdən ayrılmaq istəklərinin qanuniliyi ilə bağlı şirkətə müraciət edib. Tənqidləri azaltmaq üçün Bezos minimum əmək haqqını və iş vaxtından artıq iş üçün ödənilən məbləği qaldırıb, eləcə də işçilərin COVID-19 testindən keçməsi üçün laboratoriya açıb.

Aprel ayında ”Amazon” getdikcə artan tələbin öhdəsindən gələ bilmədiyi üçün endirimləri ləğv etdi və saytı yenidən dizayn etdi. Mart ayının sonundan etibarən şirkət 175 min yeni əməkdaşı işə götürüb. Bezos pandemiya səbəbi ilə restoranlardan və barlardan işdən çıxarılan hər kəsi şirkətinə dəvət edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram