Dünyanın ən sürətli ayaqqabısı təqdim edilib - QİYMƏT | Banco.az

Dünyanın ən sürətli ayaqqabısı təqdim edilib - QİYMƏT

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikalı şirkət yerimə sürətini 2,5 dəfə artıran dünyanın ən sürətli ayaqqabısını təqdim edib.

Banco.az xəbər verir ki, Pittsburqda yerləşən “Shift Robotics” adlı robot texnikası və mühəndislik şirkəti elektriklə işləyən idman ayaqqabısı “Moonwalkers”i təqdim edib. “Dünyanın ən sürətli ayaqqabısı” olduğu bildirilən cihaz istifadəçilərinə yerimə sürətini 250 faiz artırmağa imkan yaradır.

Ekoloji cəhətdən təmiz olan bu ayaqqabıların istifadəçilərin yeriməyini təmin etməklə yanaşı, həm də karbon izlərini minimuma endirəcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, məhsul satışa çıxarıldıqda qiyməti 1399 ABŞ dolları olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et