Dünyanın ən qədim rəngi hansıdır? | Banco.az

Dünyanın ən qədim rəngi hansıdır?

Beynəlxalq elm adamlarının apardıqları araşdırmalar Avstraliya, Yaponiya Amerika Birləşmiş Ştatlarında dünyanın ən qədim rəngi olduğu düşünülən rəngi aşkara çıxarıb: Parlaq Çəhrayı

Qədim piqmentlər ibtidai dövrə aid olan bir okeanın tapıldığı, Qərbi Avropanın Mavritaniya hövzəsindəki Saxara səhrasının altında 1.1 milyard illik qayalıqlardan qazılmışdır. Tapılan piqmentlərdə çəhrayı rəng çalarının illər öncə tapılan piqmentlərdən yarım milyard il daha qədim olduğu öyrənilmişdi. Avstraliyanın Beynəlxalq Universitetində doktorantura proqramına daxil olan çalışmalar üçün analizlərə rəhbərlik edən Dr. Nur Gueneli “piqmentlərin fotosintez prosesini icra edə bilən nəsli kəsilmiş okean orqanizmləri tərəfindən yaradılan molekulyar fosillər” olduğunu açıqlayır.

Tapılan 1.1 milyard illik yaşı olan rənglər çalarlarını dəyişir, konsentrasiya edildikdə fosillər qan qırmızısı rəngindən tünd bənövşəyi rəngə çevrilir. Toz halına salındıqdan və seyrədildikdən sonra parlaq çəhrayı rəng ortaya çıxır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Loqolardakı rənglərin psixoloji təsirlərini bilirsinizmi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram