Müəllif:Ayşən İmanova/Banco.az
“Google Chrom” brauzeri dünya bazarının təxminən 70%-ni tutur.
Banco.az xəbər verir ki, “Statcounter” analitikləri brauzerlərin istifadəsi ilə bağlı noyabr məlumatlarını dərc ediblər.
Statistikaya görə, “Google Chrome” öz payını rekord həddə - 66,31%-ə çatdıraraq liderliyini davam etdirir. Bu, oktyabr ayı ilə müqayisədə 1,09%, keçən illə müqayisədə isə 4,25% çoxdur.
İkinci yerdə payı 0,69% azalaraq 12,87% olan “Microsoft Edge” qərarlaşıb. İllik 11,23% artıma baxmayaraq, “Edge” “Chrome” ilə rəqabət aparmaqda çətinlik çəkir.
Üçüncü yeri 9,13% payla “Safari” tutur, onun payı 0,07% artıb. “Firefox” 6,45% (+0,06%) ilə dördüncü yerini qoruyub, ilk beşliyi isə 2,81% (-0,39%) ilə “Opera” qapayır.