Dünyanın ən pis valyutalarının adı açıqlanıb | Banco.az

Dünyanın ən pis valyutalarının adı açıqlanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Böyük neft istehsalçısının valyutası dünyanın üç ən zəif valyutasından biridir.

Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Belə ki, Afrikanın ən böyük neft istehsalçısı olan Nigeriyanın valyutası 2023-cü il üçün dünyanın ən pis üçlüyünə daxil edilib .

Naira dollara nisbətdə 55 faiz ucuzlaşıb. Ötən il ucuzlaşma sürətinə görə, onu yalnız Argentina pesosu (78,1 faiz) və Livan funtu (89,9 faiz) ötüb.

2023-cü ildə dollar qarşısında ən çox bahalaşan üç valyuta Əfqanıstan (26,4 faiz), Kolumbiya pesosu (25,9 faiz) və Meksika pesosu (15 faiz) olub.

Analitiklər Əfqanıstan valyutasının hələ sentyabr ayında gözlənilməz artımına diqqət çəkiblər , o zaman onun dəyəri ilin əvvəlindən təxminən 14 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram