Dünyanın ən nəhəng bankından tövsiyə - Avro alın! | Banco.az

Dünyanın ən nəhəng bankından tövsiyə - Avro alın!

Dünyanın ən nəhəng özəl bankı olan "UBS Group AG" (UBS) öz müştərilərinə dollar satıb, avro almağı tövsiyə edir. Bu tövsiyə Almaniyanın "Deutsche Bank" və Fransanın "Societe Generale" banklarının tövsiyələrinə ziddir. ABŞ nəhəngindən fərqli olaraq, Avropa bankları 2017-ci ilin əvvəlində avro ilə dollar arasında paritetin yaranacağını proqnozlaşdırır.

Görünən odur ki, valyuta bazarında ciddi fikir ayrılığı daha da dərinləşir. Bunun başlıca səbəbi ABŞ-da keçirilən prezident seçkilərində gözlənildiyi kimi Hillari Klintonun deyil, Donald Trampın qələbə qazanmasıdır. Valyuta bazarı xanım namizədin qələbəsinə hazır idi. Seçkilərindən bir gün əvvəl, yəni noyabr ayının 8-də avronun dollara qarşı aylıq volatilliyi tarixi maksimum səviyyəyədək artdı.

Ən sərfəli kredit üçün müraciət et

İnvestorlar yeni seçilmiş prezidentin seçkiöncəsi verdiyi vədlərin iqtisadi səmərəliliyini qiymətləndirməkdədir.

Yeri gəlmişkən, "HSBC Holdings Plc" və "Standard Chartered Plc" analitikləri dolların Yaponiya yerinə qarşı güclənməsini proqnoz edir.

D. Trampın gözlənilməz qələbəsindən sonra UBS dolları sataraq avro almağa başlayıb. Bank avronun məzənnəsi üzrə proqnozunu 1,15 dollaradək artırıb.

Mənbə: APA.az