Dünyanın ən nüfuzlu xanımları reytinqində yer alan yeganə türk xanım, Gülər Sabancıdır. O Forbesin tərtib etdiyi dünyanın ən güclü yüz xanımı arasında 58-ci yerdə qərar tutub.
Gülər Sabancı Sabancı Holdinqi idarə edən ilk qadın rəhbərdir, bu biznes onun babası tərəfindən 1930-cu ildə başladılıb. Tekstil şirkəti kimi yaranan Sabancı hazırda Türkiyənin ikinci ən böyük konqlomerasiyasına çevirilib, holdinq - bankçılıq, enerji, riteyl və sığorta sahələrini əhatə edir. Gülər xanım həmçinin Sabancı univeristetinin təsisçi prezidenti və Sabancı Fondunun – Türkiyənin ən böyük özəl xeyriyyəçilik müəssisəsinin sədridir.
Reytinqdə Azərbaycandan heç bir xanım yer almayıb.