“Forbes” bu yaxınlarda dünya milyarderlərinin renkinqini dərc etdi.
Ən gənc milyarderlərin ilk üçlüyündə Norveçli gənclərdir.
Dünyanın ən gənc milyarderinin hazırda 21 yaşı var. Alexandra Andresen və onun bacısı Katharina-nın (22 yaşı var) hər birinin 1.4 milyard dollar sərvəti var.
“Forbes”in 2018-ci il milyarderlər siyahısında ən gənc 5 milyarder:
5. Con Kollison, 27 yaş — 1 milyard dollar
Harvard Universitetində təhsilini yarımçıq buraxmış Collison qardaşı Patrick ilə birlikdə 2011-ci ildə onlayn ödəniş şirkəti olan “Stripe”ı təsis ediblər. İrlandiyada doğulmuş qardaşlar hazırda şirkətin yerləşdiyi San Fransiskoda yaşayırlar.
“Stripe” 2016-cı ilin noyabr ayında 150 milyon dollarlıq maliyyə cəlb edərək şirkətin dəyərini 9.2 milyard dollar etdi.
4. Evan Spiegel, 27 yaş — 4.1 milyard dollar
Spiegel “Snapchat”i Stanford Universitetindən tələbə yoldaşı Bobby Murphy ilə birlikdə 2011-ci ildə təsis etmişdilər.
“Snap”in İPO-su 2017-ci ilin mart ayında həyata keçirildikdən sonra, Spiegel birjada listinq olunmuş şirkətlər arasında ən gənc CEO oldu.
Spiegel və Bobby Murphy hər biri “Snap”in 18% səhmlərinə sahibdirlər, lakin səsvermə hüququ verən səhmlər onlara idarə heyətini nəzarət altında saxlamağa imkan verir.
Forbes-ə istinadən, hər gün 170 milyon nəfərə yaxın adam “Snapchat”dən istifadə edir.
3. Gustav Magnar Witzøe, 24 yaş — 1.9 milyard dollar
Gustav Magnar Witzøe dünyanın ən böyük qızılbalıq istehsalçılarından olan Norveç balıqçılıq şirkəti olan “Salmar”ın yarısına sahibdir.
Şirkəti hazırda idarə edən atası Gustav Witzøe şirkətin yarısını ona ad günü hədiyyəsi kimi 2013-cü ildə vermişdir.
Atası balıqçılıq biznesinə rəhbərlik edərkən, Gustav Magnar da daşınmaz əmlak və texnologiya startapplarına investisiyalar edir.
2. Katharina Andresen, 22 yaş — 1.4 milyard dollar
Norveçdən olan Katharina Andresen 2017-ci ildə sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 32 000 dollar cərimələnmiş və medianın gündəminə düşmüşdü.
O, dünyanın ən gənc ikinci varlı milyarderi hesab edilir. Onun bacısı Alexandra ondan 1 yaş kiçikdir.
Bacıların hər biri şəxsi investisiya şirkəti olan “Ferd”in 42%-nin varisidirlər. Onların atası Johan hələ də şirkəti idarə edir və şirkətdə səsvermə hüququnun 70%-nə nəzarət edir.
1. Alexandra Andresen, 21 yaş — 1.4 milyard dollar
Alexandra Andresen 21 yaşında dünyanın ən gənc milyarderidir.
O, bacısı Katharina ilə birlikdə hər biri “Ferd” investisiya şirkətinin 42%-nin varisidirlər.
“Ferd” Norveç birjalarında aktiv investordur. Şirkət həmçinin hedc fondları da idarə edir.
Moneta.az