Dünyanın ən gəlirli səhmlərinin adı açıqlanıb | Banco.az

Dünyanın ən gəlirli səhmlərinin adı açıqlanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Dünyanın ən gəlirli səhmlərinin adı açıqlanıb.

Banco.az xəbər verir ki, reytinqi  Bloomberg tərtib edib.

Dünyada ən gəlirli səhmlər Cənubi Koreyanın katod istehsalçısı "Ecopro Co" şirkətinin ilin əvvəlindən 571 faiz bahalaşan səhmləridir.

Siyahıda ikinci yerdə elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən Cənubi Koreyanın "Kum Yang Co" şirkətinin səhmləri qərarlaşıb. 2023-cü ilin əvvəlindən şirkətin qiymətli kağızları üzrə gəlirlilik 350 faizdən çox olub.

Koreya istehsalçılarının səhmlərinə investor marağı 2023-cü ilin əvvəlində elektrik avtomobilləri üçün akkumulyatorlar üçün sifarişlərin artması ilə bağlı bazar gözləntiləri ilə əlaqələndirilir. Bəzi analitiklər tələb proqnozlarını aşağı salsa da, kotirovkalar yüksəlməyə davam edib. Dinamika həm də onunla bağlıdır ki, 2023-cü ildə bu şirkətlərin bir sıra çinli rəqibləri ABŞ-ın sanksiyalarına məruz qalıb və bazarda mövqelərini itirməyə başlayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Ecopro-nun meteorik yüksəlişi keçmiş CEO Li Dong-Çae-yə 2023-cü ildə 3 milyard dollardan çox qazanc gətirib. Sahibkar hazırda insayder ticarətinə görə həbsdədir. Li Dong Çae iki il həbs cəzasına məhkum edilib. Xüsusən də bazar qanunlarını pozduğuna görə o, 1,7 milyon dollar cərimə ödəməli olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram