Dünyanın ən çox istehsal olunan avtomobilləri | Banco.az

Dünyanın ən çox istehsal olunan avtomobilləri

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ildə dünyada ən çox istehsal edilən avtomobillər açıqlanıb.

Banco.az xəbər verir ki,Fransanın avtomobil araşdırma şirkəti Inovev tərəfindən dərc edilən son hesabatla 2023-cü ildə dünyada ən çox istehsal edilən avtomobillər müəyyənləşib. 

Paylaşılan hesabata görə,Tesla Model Y 2023-cü ildə ən çox istehsal edilən və satılan avtomobil modeli olub.İkinci yerdə Toyota-nın RAV4 modeli və Ford-un F seriyası qərarlaşıb.Kütləvi istehsalda 5 avtomobili olan Tesla onlardan ikisini ilk 10-luqda yerləşdirməyi bacarıb.

Toyota isə dünyada ən çox istehsal edilən 10 avtomobildən 4-nə sahib olmaqla dünyanın ən çox seçilən avtomobil markası olub.

Keçən il ən çox istehsal edilən 10 avtomobil və onların istehsal həcmi aşağıdakılardır:

Tesla Model Y - 1 milyon 137 min 885

Toyota RAV4 - 989 min 517

Ford F seriyası - 933 min 198

Ən sərfəli kredit üçün müraciət et

Toyota Corolla - 869 min 228

Honda CR-V - 679 min 832

Ram Trucks - 651 min 581

Toyota Hilux - 646 min 975

Toyota Camry - 645 min 915

BYD Song  - 645 min 264

Tesla Model 3 - 636 min 519

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et