Dünyanın ən çox istehlak edilən meyvəsi təhlükədədir: İstehsal sahələri azalır | Banco.az

Dünyanın ən çox istehlak edilən meyvəsi təhlükədədir: İstehsal sahələri azalır

Müəllif:Mehin Qasımova, Banco.az

İqlim böhranı dünyanın ən sevimli meyvəsini təhdid edir.

Banco.az xəbər verir ki, Beynəlxalq yardım və inkişaf təşkilatı Christian Aid tərəfindən dərc edilən hesabatda qeyd olunub ki, temperaturun yüksəlməsi, ekstremal hava hadisələri və iqlimlə əlaqəli zərərvericilər Qvatemala, Kosta Rika və Kolumbiya kimi ölkələrdə banan istehsalına mənfi təsir göstərir.

Yeni bir araşdırma iqlim dəyişikliyinin istehsal sahələrini təhdid etdiyini və banan becərilməsinin 2080-ci ilə qədər məhv ola biləcəyini vurğuladı.

Hesabatda dünyanın ən çox istehlak edilən meyvəsi olan bananın buğda, düyü və qarğıdalıdan sonra dördüncü ən əhəmiyyətli qida məhsulu olduğu və Latın Amerikası və Karib dənizində banan yetişdirilən ərazilərin təxminən üçdə ikisinin 2080-ci ilə qədər banan istehsalı üçün yararsız hala düşəcəyi vurğulanıb.

Hesabatda Latın Amerikası və Karib hövzəsi regionunun dünya banan ixracının 80 faizini təşkil etdiyi və bu bölgələrin də iqlim dəyişikliyi səbəbindən ekstremal hava hadisələrinə ən həssas bölgələr arasında olduğu bildirilib.

Hesabatda dünyada banan istehsalının təqribən 80 faizinin yerli istehlak üçün olduğu və 400 milyondan çox insanın gündəlik kalorisinin 15-27 faizini banandan aldığı qeyd edilib.

Hesabatda vurğulanıb ki, yüzlərlə banan çeşidi olsa da, yaxşı aroması, davamlılığı və yüksək məhsuldarlığına görə ixracın əksəriyyətini Cavendish çeşidli bananlar təşkil edir.