Müəllif: Gülnar Əhmədli, Banco.az
"Fortune" jurnalı "Korn Ferry" ilə birgə dünyanın ən çox bəyənilən şirkətlərinin siyahısını dərc edib. "Korn Ferry" yüksək səviyyəli rəhbərlərin axtarışı, yerləşdirilməsi və məsləhətləşməsi kimi mühüm funksiyaları olan konsaltinq şirkətidir. Müvafiq olaraq, ən yaxşı 50 şirkəti seçmək üçün şirkət 3 720 yüksək vəzifəli menecerdən ən bəyəndikləri şirkətləri investisiya dəyəri, idarəetmə keyfiyyəti və sosial məsuliyyət kimi müxtəlif kateqoriyalar üzrə qiymətləndirmələrini istəyib.
Reytinqə görə, "Apple" dünyanın ən çox bəyənilən şirkəti olub. Şirkət 17 ildir ki, bu siyahının başındadır. İlk 10-luq aşağıdakı kimidir:
1. Apple
2. Microsoft
3. Amazon
4. Berkshire Hathaway
5. JPMorgan Chase
6. Costco Wholesale
7. Alphabet
8. American Express
9. Walmart
10. Nvidia
Bizi sosial şəbəkələrdən izləyin!!