Dünyanın ən böyük neft ehtiyatlarına malik 10 ölkəsi | Banco.az

Dünyanın ən böyük neft ehtiyatlarına malik 10 ölkəsi

Müəllif:Mehin Qasımova,Banco.az

Neft ehtiyatları qlobal enerji bazarlarının istiqamətini müəyyən edən ən vacib amillərdəndir.

Banco.az xəbər verir ki, bir ölkənin sübut edilmiş neft ehtiyatları iqtisadi gücdən və geosiyasi təsirdən tutmuş istehsal siyasətinə və enerji təhlükəsizliyinə qədər bir çox sahədə həlledici rol oynayır.

Son yenilənmiş məlumatlara əsasən, Venesuela sübut edilmiş neft ehtiyatlarının həcminə görə dünyada birinci yerdə qərarlaşıb. Ölkənin ehtiyatları təxminən 304 milyard barel qiymətləndirilir ki, bu da onu qlobal neft liderinə çevirir. Qlobal neft ehtiyatlarının əsas hissəsi Yaxın Şərq, Cənubi Amerika və Şimali Amerikada cəmləşib. İlk onluqda yer alan ölkələr aşağıdakılardır:

  1. Venesuela — 303,2 milyard barel
  2. Səudiyyə Ərəbistanı — 267,2 milyard barel
  3. İran — 208,6 milyard barel
  4. Kanada — 163 milyard barel
  5. İraq — 145 milyard barel
  6. BƏƏ — 113 milyard barel
  7. Küveyt — 101,5 milyard barel
  8. Rusiya — 80 milyard barel
  9. Liviya — 48,3 milyard barel
  10. ABŞ — 45 milyard barel