Dünyanın ən böyük kriptovalyuta “mining” şirkətləri | Banco.az

Dünyanın ən böyük kriptovalyuta “mining” şirkətləri

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son 24 saatda bitkoinin qiyməti 2,21% azalaraq 96,1 min dollara enib. Bitkoinin hazırda bazar dəyəri 1,91 trilyon dollar təşkil edir.

Rəqəmsal iqtisadiyyatın ayrılmaz bir hissəsinə çevrilən kriptovalyuta mədənçiliyi (mining) bitcoin kimi blockchain əsaslı kriptovalyutaların təhlükəsizliyini və davamlılığını təmin etmək üçün əhəmiyyət daşıyır.

Hazırda dünyada fəaliyyət göstərən böyük “mining” şirkətləri həm texnoloji, həm də maliyyə gücləri ilə bazara ciddi təsir edə bilirlər.

Banco.az bu şirkətlər haqqında məlumatı təqdim edir:

1. Bitmain Technologies

Bitmain Çin mərkəzli və kriptovalyuta “mining hardware”i istehsalında lider olan şirkətdir. Şirkət, xüsusilə Antminer seriyası ilə tanınır. Bitmain həmçinin dünyanın ən böyük “mining” hovuzlarından biri olan Antpool və BTC.com-un sahibidir.

2. F2Pool

2013-cü ildə yaradılmış F2Pool, dünyanın ən böyük “mining” hovuzlarından biridir. Çeşidli kriptovalyutaları dəstəkləyən bu hovuza müxtəlif ölkələrdən minlərlə mədənçi qoşulur.

Ən sərfəli kredit üçün müraciət et

3. Genesis Mining

Genesis Mining, İslandiyada yerləşən və kriptovalyuta “cloud mining” xidmətləri göstərən şirkətdir. Bu şirkət, istifadəçilərə öz “mining” əməliyyatlarını idarə etməyi asanlaşdıran platformalar təqdim edir və ətraf mühitə daha az zərər verən enerji mənbələrindən istifadə etməyə çalışır.

4. HIVE Blockchain Technologies

HIVE Blockchain Technologies, Kanada mərkəzli və listinqli bir şirkətdir. Şirkət, əsasən yaşıl enerji ilə fəaliyyət göstərən “mining” əməliyyatları həyata keçirir. Onlar Ethereum və Bitcoin “mining”nə diqqət yetirir.

5. Riot Blockchain

ABŞ-da yerləşən Riot Blockchain, Şimali Amerikada ən böyük Bitcoin “mining” şirkətlərindən biridir. Şirkət, “mining” əməliyyatlarını genişləndirmək və enerji effektivliyini artırmaq üçün davamlı olaraq investisiyalar edir.

6. Marathon Digital Holdings

Marathon Digital Holdings, ABŞ-ın ən böyük Bitcoin mining şirkətlərindən biridir və yüksək effektiv “mining” əməliyyatları ilə tanınır. Şirkət, "zero-carbon" enerji strategiyasını tətbiq etməyə çalışır.