Dünyanın ən böyük kərpic istehsalçısı Rusiyadakı fabriklərini satdı | Banco.az

Dünyanın ən böyük kərpic istehsalçısı Rusiyadakı fabriklərini satdı

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyanın ən böyük keramika tikinti blokları və kərpic istehsalçılarından biri olan Avstriyanın Wienerberger konserni Rusiyada Tatarıstan və Vladimir vilayətində yerləşən iki zavodunu satıb.

Banco.az xarici mediyaya əsasən xəbər verir ki, Rusiyada Wienerberger konserni ilk kərpic istehsalı zavodunu 2004-cü ildə Vladimir vilayətində açıb. İkinci müəssisə bir neçə ildən sonra - 2008-ci ildə Tatarıstanın Kurkaçi ərazisində fəaliyyətə başlayıb. Hər iki zavodun ümumi layihə gücü ildə 450 milyon şərti kərpic təşkil edir .
Şirkətin alıcısı bryansklı iş adamı Aleksey Filinin şirkəti olub, onun artıq tikinti sənayesində aktivləri var.  Tərəflər alış qiymətini açıqlamamağa razılaşıblar. Təcrübə göstərir ki, adətən Qərb sanksiyalarının təzyiqi altında Rusiya bazarını tərk etməyə qərar verən xarici şirkətlər aktivlərini bazar dəyərindən 30-50% endirimlə satırlar.
Qeyd edək ki, Sankt-Peterburqdakı keçmiş Nissan avtomobil zavodu, sonradan adını Lada Sankt-Peterburq, sonra isə Avtozavod Sankt-Peterburq MMC-yə dəyişdirərək 2023-cü ili 13,7 milyard rubl xalis zərərlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et