Dünyanın ən böyük iqtisadiyyatının sürəti azalır | Banco.az

Dünyanın ən böyük iqtisadiyyatının sürəti azalır

ABŞ-da son rübə dair iqtisadi artım göstəricisi dəyişdirilib.

Dünyanın ən böyük iqtisadiyyatı, 2018-ci ilin son 3 ayında istehlakçı xərclərinin azalması və zəif şirkət investisiyalarının təsiri ilə daha yavaş artıb.

Bu gün açıqlanan məlumata görə, 4-cü rüb üzrə artım göstəricisi 2.6%-dən 2.2%-ə endirilib.

İstehlakçı xərclərindəki artım da 2.8%-dən 2.5%-ə endirilib.

İxrac bu dövrdə 2.6%-dən 2.8%-ə, idxal isə 2.7%-dən 2%-ə dəyişdirilib. 

Ən sərfəli kredit üçün müraciət et

Fed sədri Cerom Pauell bu ay iqtisadiyyatdakı əsas göstəricilərin güclü qaldığını bildirsə də, bu il və gələn il üçün artım proqnozları aşağı salınmış, bu il faiz artırılmayacağı açıqlanmışdı. 

Əsas iqtisadi göstəricilərin aşağı istiqamətli reviziyası, inkişafın 2019 başlayan zaman daha zəif təkanda olduğuna işarə edir. Mənzil və emal kimi müxtəlif göstəricilər də iqtisadiyyatın "soyuduğunu" göstərir. Digər tərəfdən ABŞ Prezidenti Donald Trampın əlavə gömrük vergilərinin gələcəkdə iqtisadiyyata mənfi təsir edəcəyi bildirilir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et