Qlobal investisiya bankı "JP Morgan"ın iqtisadçıları ABŞ iqtisadiyyatının 2019-cu ilin ikinci rübündə artımı üzrə proqnozu aşağı salıblar.
Qurum daha əvvəl 2.25 faiz olan proqnozunu 1 faizə endirib.
"Aprel ayı uzunömürlü mal sifariş göstəricisi pis idi. Bu da ikinci rübdə iqtisadi fəaliyyətin səngiyəcəyinə işarə edir",- iqtisadçılar qeyd ediblər.
Həmçinin "JP Morgan"ın iqtisadçıları Fed məsələsində də mövqelərini dəyişiblər və artıq Fed-in növbəti həmləsinin faiz artırmaq olmayacağını proqnozlaşdırırlar:
"Daha əvvəl Fed-in faiz artırılmasını gözləyirdik. İndi isə risklərin faiz endirimi və artımı arasında balanslı hesab edirik".
Marja