Dünyanın ən böyük banklarından birinin etirafı - Bitcoin mövcud maliyyə şirkətlərini dağıda bilər | Banco.az

Dünyanın ən böyük banklarından birinin etirafı - Bitcoin mövcud maliyyə şirkətlərini dağıda bilər

Fransanın BNP Paribas Bankı bildirir ki, Bitcoinin əsasında dayanan texnologiya bütün mövcud kompaniyaları “lazımsız” etmək potensialına malikdir - dünyanın ən nəhəng banklarından birindən  gözlənilməz etiraf.

Analitik Johann Palychata şirkətin Quintessence adlı dərgisində yazır ki, Bitcoin-in blockchain-i, rəqəmsal valyutaya fəaliyyət göstərmək imkanı verən proqram təminatı “buxar və ya yanacaq mühərriki”-nə bərabər bir ixtira kimi qiymətləndirilməlidir, çünki o bütün maliyyə dünyasını və onun hüdudlarını köklü şəkildə dəyişmək potensialına malikdir.

Blockchain – dünya üzrə baş verən bütün bitcoin əməliyyatlarının onlayn qeydiyyat kitabıdır. O, dünya üzrə minlərlə kompyuter və şəbəkələrdə yayılıb.

Bu, insanlara bitcoin mübadiləsi həyata keçirməyə imkan verir, bütün əməliyyatlar vahid registrdə qeydiyyatda olduğu üçün eyni bitcoinləri bir neçə adama satmaq və dəyişmək olmur. Hər bir əməliyyatın tarixçəsi və qeydləri registrə düşür və bu, böyük bir ərazini əhatə edir. Bu da bitcoinə əlavə etibarlıq dəyəri qatır. Hər kəs satılan bitcoinin satış anında kimə mənsubluğunu yoxlaya bilir.

Palychata deyir ki, əgər belə bir texnologiya qiymətli kağızlarla ticarətə tətqbi edilsə - səhmlərin alqı-satqı aləmi və ya “sənayenin mövcud oyunçuları lazımsız ola bilər”.

Əgər investorlar bilavasitə bir-biri ilə əlaqə saxlaya bilsə və etibar üzərində qurulmuş sistemdə səhm ticarətini aparsa, onda vasitəçilərə - yəni fond brokerlərinə daha ehtiyac qalmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bir investisiya bankı üçün bunu söyləmək böyük hünər tələb edir, xüsusən də BNP Paribas  kimi nəhəng biri üçün, axı söhbət Fransanın ən böyük bankından gedir.

Bir çox banklar ağıllı tərpənərək maliyyə texnologiyalarının və ya fintech-in təhdid deyil, yeni imkanlar yaratdığını söylərəyək, mövcud rəqəbati azaltmağa çalışır.

2008-ci il maliyyə böhranından sonra yaşanan eniş dövrü və texnologiya xərclərinin aşağı düşməsi banklar üçün innovasiya və rəqabət dalğası yaratdı. Bitcoinblockchain bizim şahid olduğumuz ən müasir maliyyə eksperimentləridir.

Bank Santander və Barclays öz maliyyə texnoloyalarına investisiya edir və onları sınaqdan keçirir, onlar deyir ki, bu xidmətləri inkişaf etdirmək üçün yaxşı şansdır.

Amma həqiqət, Palychata-nın dili ilə desək, odur ki, bu banklar yenilik etməyə məcbur olublar, çətin ki bu gün yaranan minlərlə start-uplardan hər hansı biri Santanderi və ya Barclaysı əvəz etsin, amma bu banklarin biznesləri müxtəlif aspektlərdən start-upların təzyiqinə və təsirinə məruz qalır və nəticədə minlərlə ixtisarlar baş verir və əgər banklar bir tədbir görməsə bıçaq sümüyə dirənəcək. 

Ən sərfəli krediti almaq üçün müraciət et