Dünyanın ən böyük banklarından biri 82 filialını bağlayır | Banco.az

Dünyanın ən böyük banklarından biri 82 filialını bağlayır

Dünyanın ən böyük bank və maliyyə xidmətləri göstərən qurumlarından olan HSBC bu il 82 filialını bağlamağa qərar verib.

Şirkət müştərilərin bundan sonra rəqəmsal bank sisteminə müraciət etməli olacaqlarını açıqlayıb.

Filiallardan istifadə edən müştərilərin sayında son beş ildə üçdə bir azalma olub və pandemiyanın təsirləri nəticəsində bütün müştərilərlə əlaqələrin 90 faizi telefon və ya internet üzərindən olduğu üçün bank filialların azaldılmasına qərar verib.

Bağlama proqramından sonra şirkətin ölkə daxilində 511 filialı fəaliyyət göstərəcək.

Qeyd edək ki, 1865-ci ildə qurulan HSBC Holdinqin ümumi mərkəzi Londonda yerləşir. Bankın dünyada 10 mindən çox ofisi, 82 ölkədə 312 mindən çox işçisi və 125 milyondan çox müştərisi mövcuddur.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et