Dünyanın ən bədbəxt və xoşbəxt ölkələri | Banco.az

Dünyanın ən bədbəxt və xoşbəxt ölkələri

ABŞ-ın “Cato İnstitute” mərkəzinin araşdırmasına görə, Ermənistan dünyanın ən bədbəxt ölkələri sırasında 10-cudur. 

Bu, inflyasiyanın və işsizliyin səviyyəsinin aşağı salınması, kredit qoyuluşlarına və digər göstəricilərə görə müəyyənləşdirilib. Reytinqdə 109 ölkə rəy alıb. İlk dörd ən bədbəxt ölkə Suriya, Venesuela, Sudan və İrandır. 

İlk onluğa Yamayka, Cənubi Afrika, Braziliya və Ermənistan da düşüb. 

Maraqlıdır ki, Avropa ölkəsi olan İspaniya bu göstəricilərə görə 11-cidir. Azərbaycan bu siyahıda 38-cidir, Rusiya isə 47-ci. 
Ən xoşbəxt ölkələrə gəldikdə, İsveçrə ilk sıradadır, onun ardınca Yaponiya, Çin, Tayvan, Cənubi Koreya, Sinqapur, Malayziya və Tailand gəlir.

Modern.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et