Dünyanın ən bahalı şirkəti elan olundu | Banco.az

Dünyanın ən bahalı şirkəti elan olundu

Beynəlxalq Millward Brown agentliyi tərəfindən keçirilmiş illik BrandZ tədqiqatının nəticələrinə əsasən, Apple dünyanın ən bahalı brendidir.

Ekspertlərin qiymətləndirməsinə əsasən, 2014-cü illə müqayisədə cari ildə Apple brendinin dəyəri 67 faiz yüksələrək 247 milyard dollar təşkil edib. BrandZ şirkətinin direktoru Dorin Van bildirib ki, iPhone 6 smartfonunun populyarlığı şirkətin yüksəlişinə səbəb olub.
 
Ötənilki reytinqin lideri Google şirkəti yeni redaksiyada 174 milyard dollar maliyyə nəticəsi ilə ikinci pilləni tutub. IBM korporasiyasını ötmüş Microsoft şirkəti üçüncü pilləyə yüksəlib.
 
Facebook ən sürətlə inkişaf edən brend adlandırılıb. 2015-ci ildə bu brendin dəyəri 99 faiz (71 milyard dollar) yüksəlib ki, bu da dünyanın ən böyük sosial şəbəkəsinin reytinqdə 9 pillə irəliləyərək 12-ci pilləni tutmasına imkan verib.
 
2015-ci ildə IBM, Visa, AT&T, Verizon, Coca-Cola, Macdonalds və Marlboro şirkətləri ilk onluqda yer alıb.
 
Bu halda Çin şirkətlərinin reytinqdəki yüksəlişini vurğulamaq lazımdır. 10 ildə Çin şirkətlərinin dəyəri 1004 faiz yüksəlib. Əgər 2006-cı ildə reytinqdə Çinin bir şirkəti iştirak edirdisə, indi bu göstərici 14-ə çatıb.
 
2015-ci ildə BrandZ reytinqinə daxil olmuş brendlərin ümumi dəyəri 3,3 trilyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 14 faiz yüksəkdir.

Ən sərfəli kredit üçün müraciət et

ictnews.az

Ən sərfəli krediti almaq üçün müraciət et