Müəllif:Mehin Qasımova,Banco.az
“Time Out” jurnalının 18 mindən çox yerli sakinin iştirakı ilə apardığı sorğu dünyanın 100-dən çox şəhərində gündəlik sosial fəaliyyətlərin dəyərini müqayisə edib.
Banco.az xəbər verir ki, tədqiqatda kirayə və ərzaq xərcləri deyil, çöldə yemək, qəhvə içmək, barlar, gecə həyatı, kino, teatr və canlı musiqi kimi fəaliyyətlərin büdcəyə təsiri araşdırılıb.
Sorğunun nəticələrinə görə, böyük şəhərlərdə yaşayanların əhəmiyyətli hissəsi evdən çıxdıqdan sonra xərclərin sürətlə artdığını düşünür. Hətta işdən sonra sadə bir qəhvə içmək və ya dostlarla vaxt keçirmək belə gündəlik büdcəni çətinləşdirə bilir.
Araşdırmaya əsasən, yaşamaq üçün ən bahalı şəhər Cənubi Koreyanın paytaxtı Seuldur. “Time Out” siyahısında İstanbul ikinci, Oslo isə üçüncü yerdə qərarlaşıb.
Tədqiqat göstərir ki, xüsusilə böyük şəhərlərdə gündəlik sosial həyat getdikcə daha bahalı olur.
ƏN BAHALI ŞƏHƏRLƏR
1- Seul (Cənubi Koreya)
2- İstanbul (Türkiyə)
3- Oslo (Norveç)
4- Stokholm (İsveç)
5- Kioto (Yaponiya)
6- Afina (Yunanıstan)
7- Sidney (Avstraliya)
8- Oklend (Yeni Zelandiya)
9- Münhen (Almaniya)
10- Brisben (Avstraliya)
11- Los-Anceles (ABŞ)
12- Sinqapur
13- London (Birləşmiş Krallıq)
14- Vankuver (Kanada)
15- Mayami (ABŞ)
