Dünyanın ən bahalı şəhəri məlum oldu | Banco.az

Dünyanın ən bahalı şəhəri məlum oldu

“Global Destination Cities Index” reytinqində Dubay turistlər üçün ən bahalı şəhər kimi birinci yeri tutub.

“Mastercard”ın tərtib etdiyi reytinqə əsasən, səyahətçilər Dubay şəhərində orta hesabla 537 dollara yaxın pul xərcləyirlər.

Qlobal reytinqdə ikinci yeri Paris (301 dollar), 3-cü yeri isə Sinqapur (286 dollar) tutub. İlk beşliyə Seul (181 dollar) və Banqkok (173 dollar) daxildir.

Ən sərfəli kredit üçün müraciət et

İlk beşliyə daha yaxın olan ölkələr sırasına Tokio (154 dollar), London (153 dollar) və Nyu-Yorkun (147 dollar) da adı var.

Reytinqin tərtib edilməsi üçün “Mastercard” turistlərin 162 ölkədə etdiyi ödənişlər barədə məlumatlardan istifadə edib.

Azertag.az