Müəllif - Aida İsaq, Banco.az
Pendirin insan sağlamlığı üçün olduqca faydalı olduğunu eyni zamanda bir çox xörəklərin dadına xüsusi təam qatması artıq uzun illərdir ki, öz təsdiqini tapıb. Bütün ərzaq növlərində olduğu kimi pendirin də, növlərindən asılı olaraq qiymətləri fərqli cür dəyişir.
Banco.az xəbər verir ki, dünyanın ən bahalı pendiri eşşək südündən hazırlan “pule” növüdür. Sözügedən pendir hazırlandıqdan sonra ona bir az dad vermək üçün hisə verilir. Bir kilosunun qiyməti isə 1200$ təşkil edir.
Qeyd edək ki, eşşək südünü başqa südlərdən fərqləndirən bir çox xüsusiyyətlər var. Məsələn yağlılığının cəmi 1 faiz olmasına baxmayaraq eşşək südündə C vitaminin miqdarı adi süddəkindən 60 dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!