“Sotheby's” hərracında dünyanın ən bahalı markası olan “Britaniya Qvianası” satışa çıxarılıb.
Poçt nişanı İngiltərənin ən qədim filateliya şirkəti olan “Stanley Gibbons” tərəfindən alınıb. 8.3 milyon dollara əldə olunan marka şirkətin Londonun Strend küçəsindəki mərkəzi mağazasında nümayiş olunacaq.
Qeyd edək ki, səkkizbucaqlı marka 1856-cı ildə çap olunub. Bir sent nominal dəyərə malik poçt nişanının günümüzə cəmi bir nüsxəsi gəlib çatıb.
oxu.az
Bizi sosial şəbəkələrdən izləyin!!