Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur.
Banco.az xəbər verir ki, “Bitcoin” son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dollarına yüksəlib.
“Ethereum” 4,82% artaraq 2 512,47 dollara, BNB 4,95% bahalaşaraq 726,30 dollara çatıb.
“Zcash” 16,43% yüksələrək 950,46 dollara, “Bitcoin Cash” 3,83% artaraq 256,62 dollara, “Bittensor” isə 5,39% bahalaşaraq 229,81 dollara yüksəlib.
“Monero” isə 0,81% ucuzlaşaraq 503,20 dollara enib.
