Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib | Banco.az

Dünyanın 10 zəngin şəxsi xeyli ziyan çəkib

Dünyanın 10 ən zəngin şəxsi bir gün ərzində 14,4 milyard ABŞ dollar ziyana düşüb.

Dünənki hərraclar BBI TOP10-dakı yalnız 2 nəfər üçün uğurlu keçib. Belə ki, reytinqin 4-cü pilləsində olan “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask (Elon Musc) 2,88 milyard dollar, reytinqə başçılıq edən “Amazon” şirkətinin rəhbəri Cef Bezos (Jeff Bezos) isə 263 milyon ABŞ dolları qazanıb.

Eyni zamanda, “Forbes Real Time”a görə, TOP10-a daxil olan zənginlər ötən gün 17 milyard ABŞ dollarından çox ziyana düşüblər. Həmin onluqda Ceff Bezos zərər çəkməyən yeganə şəxs olduğu halda, İlon Mask 66 milyon ABŞ dollar itirib.

Dünya zənginlərin zərərə uğraması ABŞ fond birjalarında keçirilən hərracların nəticələrilə izah olunur. Belə ki, “Dow Jones” indeksi 2,3 faiz ( sentyabrın 3-dən bu yana ən böyük azalma), “S & P 500” 1,9 faiz son bir ayın ən böyük azalması), “Nasdaq” isə 1,6 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et