Dünyadakı milyonçuların sayı 3 dəfə artdı | Banco.az

Dünyadakı milyonçuların sayı 3 dəfə artdı

Tamara Mustafayeva, Banco.az

Dünya üzrə milyonçuların sayı iyirmi il əvvələ nəzərən 3 dəfə artıb. BCG Konsaltinq şirkətinin hesabatına görə, milyonçuların şəxsi sərvəti də 3 dəfə artaraq 226 milyard dollara çatıb.

Boston Consulting Group (BCG) tərəfindən yayımlanan bir hesabata görə, son iyirmi il ərzində dünyadakı milyonçuların sayı 3 dəfə artıb.

Qlobal Sərvət Hesabatında 2019-cu ilin sonunadək dünyada təqribən 24 milyon insanın 1 milyondan çox şəxsi sərvətə sahib olduğu qeyd edilib. Hesabatda 1999-cu ildə bu rəqəmin təqribən 8 milyon 900 min nəfər olduğu bildirilib.

Hesabatın hazırlanması zamanı milyonçulara məxsus nağd vəsaitlər, əmanətlər, istiqrazlar, səhmlər, yatırım fondları, həyat sığortası və pensiya və digər məsələləri əhatə edən şəxsi sərvətləri əsas götürülmüşdür.

Milyonçuların sayında qlobal artım

2019-cu ildə milyonçuların yekun qlobal sərvətin 50%-nə sahib olduğu bildirilən hesabatda həmçinin son iyirmi il ərzində dünyanın bütün ərazilərindəki milyonçu sayı üzrə artım müşahidə olunduğu da vurğulanıb.

İnkişaf etməkdə olan ölkələr üzrə şəxsi sərvətin qlobal sərvətə olan nisbətinin son iyirmi il ərzində dördə birə yüksəldiyi görülən hesabatda təkcə Çində 100 milyon dollardan çox şəxsi sərvətə sahib insan sayının 2019-cu ildə 1999-cu ilə nəzərən 19 dəfə artdığı əks olunub. 

Almaniya 5-ci yerdə qərarlaşıb

Avropanın ən böyük iqtisadiyyatına sahib ölkəsi Almaniya 2019-cu ildə yekun sərvətin miqdarına görə dünya ölkələri arasında 5-ci sırada qərarlaşarkən, milyonçuların sayına görə isə 7-ci sırada yerləşib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, son iyirmi il ərzində Almaniyadakı milyonçu sayında iki dəfə artım yaşanıb.

Koronavirus pandemiyası səbəbilə şəxsi və qlobal sərvətdə geriləmə müşahidə olunacağını istisna etməyən BCG müşavirləri ən pozitiv ssenariyə əsasən, 2024-cü ilə qədər sərvət həcmində illik orta hesabla 1.4-4.5 % artım olacağını proqnozlaşdırırlar.

Həmçinin oxu: Pandemiya dövründə milyonlarla insan işini itirdi, milyarderlər isə varlandı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et