Dünyadakı futbol klubları transferə 7 milyard dollar xərcləyib | Banco.az

Dünyadakı futbol klubları transferə 7 milyard dollar xərcləyib

Dünyadakı futbol klubları 2018-ci ildə transferlərə 7,03 milyard dollar xərcləyiblər.

FİFA Beynəlxalq Transfer Eyniləşdirmə Sistemindən (ITMS) istifadə edilərək hazırlanan hesabata görə, 1 Yanvar-31 Dekabr 2018 dövründə qlobal miqyasda reallaşmış transferlərin sayı 2017-ci ilə nisbətən 5,6 faiz artaraq 16 min 533-ə qalxıb.

Dünya miqyasında transferlər üçün çəkilən cəmi xərc isə 10,3% artımla 7,03 milyard dollara çatıb. Bu məbləğin 78,2%-ni Avropa klublarının arasındakı transferlər təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il 31 klub transferə 50 milyon dollar və ya daha yüksək məbləğlər xərcləyib. 7,03 milyard dollarlıq qlobal xərcin yarısından çoxu bu klubların payına düşüb.

Səudiyyə Ərəbistanı klublarının, 2018-ci ildə 173,9 milyon dollarla transferə ən çox pul xərcləyənlər siyahısında 7-ci yeri tutması diqqəti çəkir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et