Dünyada işsizlik səviyyəsi yüksəlir: ABŞ-də 1,847 milyona yaxın vətəndaş işsiz kimi qeydiyyata düşüb | Banco.az

Dünyada işsizlik səviyyəsi yüksəlir: ABŞ-də 1,847 milyona yaxın vətəndaş işsiz kimi qeydiyyata düşüb

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ABŞ Əmək Departamentinin hesabatına əsasən, ilk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı ötən həftə 13 min nəfər artaraq 231 min nəfər təşkil edib.

Banco.az-ın məlumatına görə, bu ötən üç ay ərzində yüksək səviyyə sayılır.

Bir həftə əvvəl bu rəqəm 218 min olub. “Trading Economics”ə görə, analitiklər orta hesabla əvvəlki həftənin əvvəl elan edilmiş səviyyəsindən 220 minə qədər artım gözləyirdilər. “MarketWatch” respondentləri isə bu rəqəmin 222 minə yüksələcəyini proqnozlaşdırıblar.

Son dörd həftə ərzində ölkədə müavinət almaq üçün müraciətlərin orta sayı 212,5 mindən 220,25 minə yüksəlib.

Noyabrın 4-də işsizlik müavinəti alan amerikalıların sayı bir həftə əvvəlin statistikasına görə, 1.833 milyondan 1.865 milyona qədər qalxıb.  Səkkizi həftə ərzində sürətlə artan bu göstərici iki ildə ən yüksək səviyyə sayılır.

Bu vəziyyəti analiz edən  mütəxəssislər bildirir ki,  orta hesabla ABŞ-də  1,847 milyona yaxın vətəndaş işsiz kimi qeydiyyata düşərək müavinət alır.

Avropada isə vəziyyət bir qədər fərqlidir.

"Eurostat"ın iyun ayı üzrə məlumatında deyilirdi ki, ən yüksək işsizlik səviyyəsi İspaniyada 11,7 faiz üzərində qeydə alınıb. Siyahını 11.1 faizlər Yunanıstan, 7.5 faizlı Litva və İsveç davam etdirir. Ən aşağı işsizlik göstəriciləri – Maltada – 2,6 faiz, Polşa və Çexiyada 2,7 faiz və Almaniyada - 3 faiz təşkil edir.

Avropa İttifaqı ölkǝlǝrindǝki çox aşağı sǝviyyǝdǝki inflyasiya vǝ zǝif iqtisadiyyatla yanaşı gǝnclǝr arasındakı işsizliyin hǝlǝ dǝ yüksǝk sǝviyyǝlǝrdǝ olması problem tǝşkil etmǝkdǝ davam edir.

Ekspertlərin hesablamalarına görə,  Avropa İttifaqında gǝnc işsizlik nisbǝti digǝr yaşlardakı işsizlik nisbǝti ilǝ müqayisǝdǝ daha yüksǝk sǝviyyǝdǝdir.

2016-cı il mart ayında 19,1 faiz olan gǝnc işsizlik nisbǝti 25 yaşın aşağısında 4 milyon 287 min nǝfǝri ǝhatǝ edir.Buna görǝ, Avropa İttifaqında hǝr 5 gǝncdǝn biri işsizdir.

Avropanın lokomotivi hesab edilǝn  Almaniya isǝ müvafiq dövrdǝki mǝlumatlara ǝsasǝn, bölgǝdǝ 6,9 faizlǝ ǝn aşağı gǝnc işsiz sayına sahibdir.

Avropa İttifaqında mart ayında 10 faizin aşağısında gǝnc işsiz sayına sahib ölkǝlǝr isǝ Çexiya Cümhuriyyǝti vǝ Malta-hǝr birindǝ 9,8 olub. Qeyd edək ki, ötən ilin avqust ayında işsizlik səviyyəsi Avrozonada yüzdə 6,7, Aİ-də isə yüzdə 6,1 olaraq müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram