Müəllif - Aida İsaq, Banco.az
İnsanların yaşadıqları yerlərdən danışarkən ağıla ilk olaraq hər hansısa ev və ya xüsusi məkanlar gəlir. Ancaq bəzən məcburiyyətdən və ya zərurətdən yaşayış məskənləri fərqli ola bilər.
Gəlin görək dünyada insanların yaşadıqları ən qəribə yerlər hansılardır?
Buxarest tunelləri
Rumıniyanın paytaxtı Buxarestdə 1000-dən çox uşaq yeraltı tunellərdə yaşayır. Sovet İttifaqı dağılandan sonra ölkədə uşaq evləri bağlanır. Beləliklə, minlərlə uşaq evsiz qalır. Getməyə yeri olmayan bütöv bir nəsil yeraltı tunellərdə yaşamağa başlayır.
Chong Khneas
Kambocanın şimal-qərbində, 1997-ci ildə YUNESKO tərəfindən Biosfer Qoruğu olaraq təyin edilmiş şirin su gölü olan Tonle Sapda üzən kənd yerləşir. Burada sakinlərin də məskən salması nəticəsində göl təkcə balıqların deyil, həm də bir çox insanın evi də hesab oluna bilər.
Matmata şəhəri
Matmata Şimali Afrikada, Tunisdə kiçik bir şəhərin adıdır. Bu şəhərcik Afrika regionunun qədim tarixi və mədəniyyətinə uyğun olaraq tikilərək strukturu heç vaxt dəyişdirilməyib. Matmata şəhəri Tunisin paytaxtından 30 kilometr uzaqlıqda və Sahara səhrasının lap kənarında yerləşir. Evlər tikilərkən onlar tamamilə torpağa inteqrasiya olunub ki, ağacdan və ya daşdan istifadə edilməyib.
Bizi sosial şəbəkələrdən izləyin!!