Dünyada hər 10 CEO-dan 8-i işçilərin sayını artırmağı planlaşdırır | Banco.az

Dünyada hər 10 CEO-dan 8-i işçilərin sayını artırmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstehsal sektoru rəhbərlərinin 84%-i növbəti 3 il ərzində işçilərinin sayını artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, “KPMG International” CEO-ların prioritetlərini müəyyən etmək üçün iri istehsal şirkətlərindən 146 CEO-nun iştirakı ilə sorğu keçirib.

Bu sorğunun nəticəsində şirkət Qlobal Sənaye İstehsal Sektoru Proqnozları üzrə araşdırmasını dərc edib.

Buna görə, istehsal sektorundakı hər 10 CEO-dan 8-i işçilərin sayını artırmağı düşünür.

Araşdırmada həmçinin qlobal pandemiya, iqlim dəyişikliyi və geosiyasi məsələlərin sektoru ağıllı rəqəmsallaşdırma və ESG (ekoloji, sosial və idarəetmə) məqsədləri üzrə ikitərəfli transformasiyaya əvvəlkindən daha çox sövq etdiyi bəlli olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et