Dünyada fərdi kompüter satışları onillik maksimuma çatıb | Banco.az

Dünyada fərdi kompüter satışları onillik maksimuma çatıb

"International Data Corporation"un (IDC) ilkin məlumatlarına görə, 2021-ci ildə fərdi kompüterlərin (personal computer – PC) qlobal tədarükü 14,8% artaraq 348,8 milyona çatıb.

Artım templəri 2012-ci ildən bəri rekord səviyyəyə çatıb və təşkilatın dekabrda verdiyi proqnozu (13,5%) proqnozunu üstələyib.

Oktyabr-dekabr aylarında fərdi kompüter satışları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 92,7 milyona çatıb.

"2021-ci ildə fərdi kompüter bazarı formalaşıb. İnkişaf etməkdə olan bazar istehlakçılarının fərdi kompüterlərə olan tələbi və kommersiya tələbi son rübdə güclü olaraq qalıb və təklif məhdudlaşdırıcı amil kimi çıxış edib", - IDC-nin tədqiqat meneceri Citeş Ubrani deyib.

IDC-nin vitse-prezidenti Tom Mainellinin sözlərinə görə, çətin logistik vəziyyət və davamlı tədarük çatışmazlığı kompüter bazarının 2021-ci ildən daha da güclənə biləcəyini göstərir.

Eyni zamanda, o, 2022-ci ilin birinci yarısında xüsusilə tələbin ən aktiv olduğu kommersiya seqmentində hələ də məhdud təklif vəziyyətinin olacağını gözləyir.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et