Dünyada ən yüksək inflyasiya hansı ölkədə qeydə alınıb? | Banco.az

Dünyada ən yüksək inflyasiya hansı ölkədə qeydə alınıb?

Müəllif - Aida İsaq, Banco.az

Dünyada ən yüksək inflyasiya (243,8 faiz) Zimbabvedə qeydə alınıb.

Banco.az xəbər verir ki, liderlər siyahısında Venesuela (234 faiz) və Livan (122 faiz) da yer alır. Türkiyə isə altıncı (64,3 faiz) yerdə qərarlaşıb. Avropa ölkələrindən 17 ölkə ilk 50-likdə yer alıb. İnflyasiya daha çox Moldovada (30,2 faiz), Ukraynada (26,6 faiz), Macarıstanda (24,5 faiz), Litvada (21,7 faiz) və Latviyada (20,8 faiz) sürətlənib.

Ən aşağı inflyasiya həddi isə Çində (1,8 faiz) qeydə alınıb. 2022-ci ildə dünyada deflyasiya olan yeganə ölkə qiymətlərin 11,6 faiz ucuzlaşdığı Cənubi Sudan olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram