Dünyada ən ucuz və ən bahalı ipoteka krediti hansı ölkədədir? | Banco.az

Dünyada ən ucuz və ən bahalı ipoteka krediti hansı ölkədədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda əsasən, ipoteka krediti yeni yaşayış evi və ya mənzil almaq üçün rəsmiləşdirilir. Bu kredit növündə borcalan, aldığı məbləği müəyyən müddət ərzində faizlə birlikdə geri ödəyir. Əgər borcalan ödənişləri vaxtında etməzsə, kredit verən qurum girov qoyulmuş əmlakı sataraq borcu ödəyə bilər.

Banco.az xəbər verir ki, hazırda dünyada  ipoteka faiz dərəcələri ölkədən ölkəyə dəyişir.

Bu amillər içərisində ölkənin iqtisadi vəziyyəti, mərkəzi bankın faiz siyasəti və bazar rəqabəti yer almaqdadır. Məsələn, Yaponiyada ipoteka faizləri ən aşağı səviyyədədir. Bəzi banklar 10 illik sabit faizli kreditlər üçün 0,65%-dən aşağı faiz dərəcələri təklif edirlər. Almaniyada isə 10 illik ipoteka kreditləri üzrə faiz dərəcələri 1% civarındadır, lakin ilkin ödəniş mənzilin dəyərinin 50%-nə qədər ola bilər. Fransada 2019-cu ilin iyun ayında ipoteka faizləri orta hesabla 1,23% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ən bahalı ipoteka kreditləri adətən iqtisadi qeyri-sabitlik yaşayan və ya yüksək inflyasiya səviyyəsinə malik ölkələrdə müşahidə olunur. Məsələn, Avstraliyada daşınmaz əmlakın alınması üzrə orta faiz dərəcəsi 4,94% təşkil edir. Azərbaycanda isə dövlət hesabına verilən ipoteka kreditlərinin maksimal illik faiz dərəcəsi 8%, güzəştli kreditlər üzrə isə 4% təşkil edir.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına 365 milyon manatdan çox ipoteka krediti verilib.  1 oktyabr 2024-cü il tarixinə bankların ipoteka kreditləri portfelinin həcmi 3,893.3 milyon manat təşkil edib.  2024-cü ilin ilk rübünün sonunda Azərbaycanda ipoteka kreditlərinin ümumi həcmi 3.58% artaraq 3 milyard 759 milyon manatı keçib.  1 iyun 2024-cü il tarixinə ipoteka kreditlərinin həcmi 3 milyard 893.3 milyon manat təşkil edib.