Hər il Worldwide Independent Network/Gallup International Association (WIN/GIA) “İl Sonu” adlı araşdırma aparır. Araşdırmanın tərkib hissəsi kimi əhaliyə müxtəlif suallar verilir və 2015-ci ildə bir bölmə Dünya Liderlərinə həsr olunmuşdur. SIAR Research and Consulting Group 2001-ci ildən etibarən WIN/GIA-nın üzvü və Azərbaycandakı nümayəndəsidir.
Bu il araşdırma 68 ölkədən 66040 respondenti əhatə etmişdir. Araşdırma göstərdi ki, qlobal liderlərdən söhbət getdikdə, digərlərindən əhəmiyyətli dərəcədə çox tanınan iki lider var. Prezident Obama dünyada hər kəsdən çox rəğbət bəslənilən şəxs olsa da, Prezident Putin haqqında fikirlər fərqlidir.
Dünya üzrə 65 ölkədə sorğuda iştirak edənlərin demək olar ki, beşdə üçü (59%) vəzifə müddəti bitməkdə olan ABŞ Prezidenti Barak Obama haqqında xoş fikirlərə malikdir. Üçdə birindən qismən az (29%) respondentin ona qarşı xoş olmayan fikirləri var. Son zamanlar müşahidə edildiyi kimi Suriyada İŞİD-lə mübarizəyə başlasa da, Prezident Putin haqqında fikirlər üçdə biri (33%) xoş və 43%-i xoş olmayan olmaqla bölünür. Lakin əhalisi ən çox olan ölkələrə nəzər yetirdikdə, Prezident Putinin populyarlığı artmaqda davam edir.
Prezident Obama Cənubi Asiyada (76%), AB ölkələrində (67%), Latın Amerikasında (65%), Cənubi Saxarada (65%) və Şərqi Asiyada (65%) xüsusilə yaxşı nəticələrə malikdir. Lakin Yaxın Şərq və Şimali Afrika (MENA) regionu üzrə onun haqda xoş fikirlər 33%-ə düşür. Digər tərəfdən, Prezident Putin post-sovet ölkələrində çox populyar (55%) olsa da, AB-Avropa (67%) və Şimali Amerikada (65%) daha az populyardır.
Dünya üzrə nəticələr
Azərbaycan üzrə nəticəələr