Dünyada ən böyük sığorta ödənişləri | Banco.az

Dünyada ən böyük sığorta ödənişləri

Banco.az olaraq, son onillikdə dünyada baş verən və sığorta şirkətlərinə böyük zərər vuran hadisələri seçmişik. Sıralama xronoloji ardıcıllığa riayət etməklə hazırlanıb. Təbii fəlakətlərdən tutmuş terror hadisələrinə qədər, ən çox insan tələfatına səbəb olan və iqtisadiyyata zərbə vuran  10 hadisənin siyahısını təqdim edirik.

2001- ci il 11 sentyabr Ümumdünya Ticarət Mərkəzinin Əkiz Qüllələrinə edilən terror hücmumu zamanı təxminən 3000 nəfər həyatını itirmişdi. Bu zaman sığorta şirkətləri itkilərə görə təxminən 40 mlrd dollar ödəniş etmişdilər.

Ağır Kəskin Respirator sindromu (Severe acute respiratory syndrome-SARS). 2003-cü ildə Çinin Guangdong  əyalətində başlayan bu epidemiya tekliklə 37 ölkəyə yayıldı. 774 nəfər vəfat etdi, 8,096 sayda isə pnevmaniya tipli xəstəlik halı aşkarlandı. Bir çox müəssisələr fəaliyyəti dyandırdı, təyyarələr artıq Çin limanlarında eniş etmirdilər.

2003-cü ildə Kanadada elektrik xətlərində baş verən problem Kanadanın özündə təkcə 1o mln, ABŞ-ın 8 ştatında isə 45 mln insana zərər vurdu. Təyyarələrin uçuşu təxirə salındı, digər nəqliyyat vasitələrində hərəkər məhdudlaşdırılmışdı, internet və mobil telefonlardan istifadə etmək mümükün deyildi.

2004-cü ildə Hind Okeanında baş verən dəhşətli sunami nəticəsində, 227, 898 nəfər həyatla vidalaşdı. Ən böyük zərər isə İndoneziyaya dəymişdi, o, 170,000 vətəndaşını itirmişdi. Sunami turizm və balıqçılıq sənayesini iflic etmişdi.

Katrina, Rita və Vilma qasırğaları. 2005-ci ildə Atlantik okeanda baş verən qasırğa 3,865 insanın ölümünə, 130 mlrd dəyərində maddi zərərə səbəb oldu.

Ən sərfəli kredit üçün müraciət et

2008-ci il dünya iqtisadi böhranı 1930-cü illərin Böyük Depresiyasından sonra baş verən ən ağır iqtisadi böhran idi. Böhran nəticəsində bir çox banklar, həmçinin Lehman Brothers, Northern Rock və  Bear Stearns kimi nəhəng sığorta şirkətləri öz fəaliyyətini əbədi dayandırdı.

2008-ci ildə Çin tarixində 1976-ci ildən bəri görsənməyən dəhşətli zəlzələ baş verdi. 68,000 nəfər həyatını itirdi, 4.8 mln nəfər isə evsiz-eşiksiz qaldı. 20 mlrd dollar dəyərində zərərə səbəb oldu, ölkədəki sığorta şirkətləri isə təbii ki, bu zərərin öhdəsindən tamamilə gələ bilmədi.

2009-cu ildə başlayan donuz qripi (H1N1 virusu) 18,000 nəfərin həyatına son qoydu. Meksikadan qaynaqlandığı güman olunan virus nəticəsində müəssiələr müvəqqəti olaraq bağlandı, küçələrdə maskasız insan görmək demək olar ki, mümükünsüz idi.

Eyjafjallajokull.  Eyjafjalla Buzlağı 2010-cu ildə İslandiyada uçuşları 6 günlük təxirə saldı.

Pakistanda daşqınlar 2010-cu ilin iyulunda başladı. 2000 nəfər həyatını iitdi, milyonlarla insan evsiz və işsiz qaldı.