Müəllif:Ayşən İmanova/Banco.az
Beynəlxalq konsaltinq şirkəti "Capgemini" 2023-cü il üçün dünyada milyonçuların sayı və onların ümumi sərvətləri ilə bağlı Dünya Sərvət Hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin hesablamalarına görə, zəngin insanların sayı keçən il 5,1% artaraq 22,8 milyon nəfərə çatıb. Onların ümumi sərvəti isə 4,7% artaraq 86,8 trilyon dollar təşkil edib.
Son bir ildə rifahın ən əhəmiyyətli artımı Şimali Amerikada, ən pis vəziyyət isə Afrikada müşahidə olunub.
Qeyd olunub ki, əgər 2022-ci ilin sonunda geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik səbəbindən milyonçuların ümumi sərvəti 3,6%, milyonçuların sayı isə 3,3% azalıbsa, 2023-cü ildə artım nəinki bərpa olunub, hətta rekord həddə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!