Dünyada COVID-19-un yayılma tempi azalıb | Banco.az

Dünyada COVID-19-un yayılma tempi azalıb

Dünyada son həftə ərzində koronavirusa yoluxanların sayı 10,9 milyon nəfər təşkil edib.

Bu göstərici əvvəlki həftədə qeydə alınmış rəqəmlərlə müqayisədə 15% azdır. Eyni zamanda, xəstələnənlərin sayında azalma martın əvvəlindən ilk dəfə qeydə alınır.

Koronavirusun yayılma sürəti, xüsusən də Asiya-Sakit okean regionunda kəskin şəkildə azalmağa başlayıb. Martın əvvəli ilə müqayisədə Yaponiyada bu göstərici 1,5 dəfə, Vyetnamda isə iki dəfə azalıb.

Bununla belə, Avropa ölkələrində yenidən artım müşahidı olunmağa başlayıb. Fransada hazırda gündə 140 minə yaxın, Böyük Britaniyada 95 minə yaxın, İtaliyada 75 mindən çox yeni yoluxma halı qeydə alınır.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram