Dünyaca məşhur olan ən dəyərli şirkətlərin CEO – su vəzifəsində işləyən insanların təbii ki, kitablara xüsusi marağı vardır. Bugünki məqaləmizdə “Fortune 500” siyahısının ilk sıralarından yer alan şirkətlərin CEO – larının ən sevdikləri kitabları sizə təqdim edirik.
1. “Microsoft” – un qurucusu və keçmiş CEO – su olan dünyanın ən varlı insanı kimi tanınan Bill Qeytsin oxumağı ən çox sevdiyi kitab J.D Salingerin qələmə aldığı “The Catcher in the Rye” (“Çovdarlıqda uçurumdan qoruyan”) romanıdır.
2. “Amazon” – un qurucusu və CEO – su Ceff Bezosun ən çox sevdiyi kitab isə Kazuo Ishiguronun “The Remains of the Day” (“Günün qalıqları”) adlı tarixi romanıdır.
3. “Apple” CEO – su Tim Kukun ən çox oxuduğu kitab, müəllifi George Stalk olan “Competing Against Time: How Time-based Competition is Reshaping Global Markets” – dır.
4. “Facebook” – un CEO – su Mark Zuckerbergin sevimli kitabları arasında Daryl Collins tərəfindən qələmə alınan “Portfolios of the Poor” kitabı vardır.
5. “SpaceX” şirkətinin qurucusu və “Tesla Motors” və “PayPal” – ın qurucu ortaqlarından biri olan Elon Maskın oxumağı ən çox sevdiyi kitab olan “Benjamin Franklin: An American Life” Walter Isaacson tərəfindən yazılmışdır.
6. “PepsiCo” şirkətinin CEO – su Indra Nooyinin ən sevimli kitabı isə müəllifi David Brooks olan “The Road to Character” fərdi-inkişaf kitabıdır.
7. “Morgan Stanley” Ceo – su James Gormanın ən sevdiyi kitab John le Carré tərəfindən qələmə alınan “Tinker Tailor Soldier Spy” romanıdır.
8. “SoulCycle” şirkətinin CEO – su Melanie Whelanın oxumağı ən çox sevdiyi kitab müəllifi Shawn Achor olan “The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance at Work” fərdi-inkişaf kitabıdır.
9. “Virgin” şirkətlər qrupunun CEO – su Richard Branson, Maya Angelou tərəfindən yazılan “I Know Why the Caged Bird Sings” adlı kitabı oxumağı çox sevir.
Tamara Mustafayeva, Banco.az