Dünyaca məşhur şirkət Azərbaycanda filial açır | Banco.az

Dünyaca məşhur şirkət Azərbaycanda filial açır

Amerikanın menecment və konsaltinq xidmətləri göstərən "McKinsey & Company" şirkəti Azərbaycanda filial açıb.

Banco.az "Report"a istinadən xəbər verir ki, "McKinsey & Company" (Azerbaijan) INC adı ilə Vergilər Nazirliyində Səbail rayonu Nizami küçəsi ev 90A ünvanında qeydiyyata alınıb.

Qanuni təmsilçisi Köksoy Kadir Sinan adlı Türkiyə vətəndaşı olan şirkət bundan öncə Azərbaycanda Dünya Bankı ilə birlikdə informasiya və kommunikasiya texnologiyalarının qiymətləndirilməsini aparıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 2013-cü ilin yanvarında şirkətin icraçı direktoru Dominik Barton (Dominic Barton) Prezident İlham Əliyevin qəbulunda olub və Azərbaycanda irimiqyaslı IKT layihələrinin reallaşdırılmasında maraqlı olduqlarını açıqlayıb.

Ən sərfəli krediti almaq üçün müraciət et