Tamara Mustafayeva, Banco.az
İngiltərə hökuməti tərəfindən 2030-cu ildən etibarən fosil yanacaqlı avtomobil istehsalının dayandırılmasına müvafiq qərarın qəbul edilməsindən sonra ölkədə elektromobillərə maraq hər ötən gün artmaqdadır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, elektromobil sahəsi üzrə investisiyaların getdikcə daha da artdığı İngiltərədə dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem də elektrik avtomobil sənayesinə investisiya yatırıb.
Futbol karyerası ərzində Mançester Yunayted və Real Madrid kimi klublarda forma geyinmiş Bekhem "Rolls-Royce", "Jaguar" və "Range Rover" markalarının bərpa və elektrikləşdirmə işlərini həyata keçirən "Lunaz" şirkətinin 10%-lik səhmini satıb alıb.
Satınalma ilə bağlı açıqlama edən futbol ulduzu, "Lunaz şirkəti həm texnologiya, həm də dizayn baxımından ingilis yaradıcılığını ən yaxşı formada təmsil edir. Ən gözəl klassik avtomobillərdən bəzilərini bərpa və elektrikləşdirmə yolu ilə yenidən işlək vəziyyətə gətirməklə bağlı layihələri ilə şirkət məni özünə cəlb etməyə müvəffəq oldu", deyə bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!