Müəllif - Aida İsaq, Banco.az
Dünya üzrə vençur kapitalı fondlarının vəsait cəlbi 2022-ci ilin dördüncü rübündə rekord səviyyədə aşağı düşüb.
Banco.az xəbər verir ki, yığımlar üçüncü rübdən etibarən 65 faiz azalaraq 20,6 milyard dollara enib. Bu isə son 9 ilin ən aşağı göstəricisidir. Müəssisə kapitalı fondları yüksək gəlir əldə etmək məsədi ilə nisbətən böyük şirkətlərin qiymətli kağızlarına və ya səhmlərinə investisiya qoyur. İnvestisiyaların azalması startapların birjada yeni yerləşdirmələrinin sayının azalması, faiz dərəcələrinin artması və inflyasiya fonunda baş verib. Əgər 2021-ci ilin son rübündə pensiya, universitet və ailə fondları ilə təmsil olunan investorlar 620 vençur şirkətinə sərmayə yatırıbsa, 2022-ci ilin eyni dövründə cəmi 226 şirkətə investisiya qoyuluşu həyata keçirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!