Dünya üzrə milyarderlərin sayı azalıb | Banco.az

Dünya üzrə milyarderlərin sayı azalıb

Müəllif - Aida İsaq, Banco.az

“Forbes”in tərtib etdiyi yeni milyarderlər siyahısına görə, dünya üzrə varlı şəxslərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640-a düşüb.

Banco.az xəbər verir ki, ardıcıl ikinci ildir ki, müvafiq siyahıda azalma qeydə alınıb. İqtisadi sferada müşahidə olunan gərginlik fonunda milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara enib. “Tesla” şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində İlon Mask milyarderlər siyahısında birinciliyini əldən verərək ikinci sırada qərarlaşıb. İlon Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar təşkil edib.

Dəbdəbəli məhsullar istehsal edən “LVMH” şirkətinin rəhbəri Bernard Arnault 211 milyard dollar sərvətlə siyahıya başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının ilk pilləsində Fransa vətəndaşı təmsil olunub.

ABŞ ümumi sərvəti 4,5 trilyon dollar olan 735 siyahı üzvü ilə ən çox milyarderə sahib olan ölkə statusuna sahiblənib. İkinci yerdə 2 trilyon dollar sərvətə sahib 562 milyarderlə Çin, üçüncü yerdə 675 milyard dollar sərvətə sahib 169 milyarderlə Hindistan gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et