Dünya möcüzəsi sayılan "Horizontal Göydələn" - in inşası başa çatmaq üzrədir | Banco.az

Dünya möcüzəsi sayılan "Horizontal Göydələn" - in inşası başa çatmaq üzrədir

Kanadalı memar Moshe Safdie tərəfindən dizayn edilən və “horizontal  göydələn” olaraq adlandırılan “Raffles City Chongqing” tikilisi altı illik prosesin yekununda artıq tamamlanır.

Altı il davam edən inşa prosesinin ardınca Moshe Safdie tərəfindən dizayn edilən Raffles City Chongqing nəhayət ki, tamamlanır. Çox uğurlu mühəndislik nümunəsi olan “horizontal göydələn” yan-yana düzülmüş səkkiz göydələni birləşdirən maili səma körpüsü yaradır. Binanın inşasını həyata keçirən “CapitaLand” şirkəti binanın eksteryerinin hazır olduğunu və artıq təkcə interyerinin dizaynının tamamlanmasını gözlədiklərini bildirib. Rəsmi açılış mərasiminin 2019 – cu ilin ikinci yarısında həyata keçirilməsi planlaşdırılır.

Həmçinin oxu: 108 metr hündürlükdə süni şəlaləsi olan göydələn inşa edildi - FOTOLAR

Safdie-nin Marina Bay Sands əsərindən izlər daşıyan bu tikili olduqca iddialıdır. Raffles City Chongqing həmçinin mühəndislik şirkəti “Arup” ilə ortaq fəaliyyətin nəticəsidir. Bu qeyri-adi dizayn şəhərin içərisindən axan çaylarda bir vaxtlar ticarətlə məşğul olan Çinli tacirlərin gəmilərinin yelkənlərindən ilham alınaraq hazırlanıb.

Layihənin miqyası cəmi 817 min kvadratmetrlik bir əraziyə yayılmış səkkiz göydələn ilə olduqca geniş bir ərazini əhatə edir. “Crystal” adı verilən horizontal səma körpüsü mərkəzdə yerləşir və ümumilikdə dörd ədəd 250 metr uzunluqda göydələnin üzərində dayanır. Həmçinin iki kiçik körpü ilə arxadakı 350 metr uzunluğundakı iki göydələnə də bağlanır. Crystal 300 metr uzunluğundadır. Əgər şaquli formada inşa edilmiş olsaydı, demək olar ki, Eyfel qülləsi qədər hündür olardı. 3 minə qədər şüşə paneldən ibarət olan tikili 5 min ədəd alüminium panellə dəstəklənir.

Ən sərfəli kredit üçün müraciət et

Crystal – ı yerinə yerləşdirmək üçün mühəndislər horizontal tikilini doqquz hissə şəklində inşa ediblər. Hissələrdən dördü göydələnlərin üzərində inşa edilib. Üç aralıq seqment əvvəl yerdə hazırlanıb, sonra isə 250 metr yuxarıya qaldırılıb. Digər hissələr də yerdə hazırlanıb yuxarı çıxarılıb.


Crystal –in içərisində iki üzgüçülük hovuzu, bir galereya, içində ağaclar olan geniş baxçalar və restoranlar yerləşir. Həmçinin mənzərəni izləmək üçün xüsusi yerlər də müəyyən edilib. Raffles City Chingqing –in qalan hissələri mənzillər və ofislər üçün nəzərdə tutulub. Tikilidə bir alış-veriş mərkəzi və 9.2 hektarlıq geniş bir baxça da mövcuddur.

Həmçinin oxu:Dünyanın ilk 5 ulduzlu YERALTI OTELİ inşa edilib - FOTOLAR

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et