Dünya maliyyəsinə təsir edəcək 10 lider | Banco.az

Dünya maliyyəsinə təsir edəcək 10 lider

Dünyada baş verən maliyyə hadisələrinə təsir etmək qüdrətində olan insanları sizə təqdim edirik.

Barak Obama

ABŞ - Dünyanın ən güclü iqtisadiyyatına malik ölkəsinin prezidenti. Ola bilsin ki, tezliklə bu mövqeni Çin tutacaq amma hələ ki, hər şey olduğu kimi qalmaqda davam edir. Barak Obamanın xarici siyasəti ilə bağlı verdiyi qərarlar demək olar ki, bütün dünyada insanların ciblərindəki pula təsir göstərir.

Angela Merkel

2015-ci il noyabrın 21-dən bəri Almaniyanın kansleridir. Aİ-nin digər ölkələrə qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi və ləğvi onun razılığından asılıdır.

Canet Yellen

Dünya maliyyə güclərindən danışıb da, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin rəhbərinin adını çəkməmək mümkün deyil. Bu təşkilat dolların taleyinə görə məsuliyyət daşıyır və dünyanın bir çox aparıcı ölkələrində uçot faiz dərəcələrinə güclü şəkildə təsir göstərir.

Mario Draqi

Məntiqi ardıcıllığı davam etdirsək, onda FES-dən sonra çəkilməli olan növbəti ad Avropa Mərkəzi Bankının rəhbərinin adıdır. Bu təşkilat ABŞ-ın mövqeyini nəzərə alsa belə, yenə də bütün dünyada kredit təşkilatlarının fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək, vacib qərarları qəbul edir.

Kristin Laqard

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəridir. Bilmək vacibdir ki, bu təşkilat BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) nəzdində valyuta məzənnələrinin stabilləşməsi, həmçinin bu sahədəki qayda və normaların tənzimlənməsi məqsədi ilə yaradılıb. BVF müvəqqəti maliyyə vəsaitləri təqdim etməklə, üzv ölkələr arasında ödəmə balansındakı nararazlığı aradan qaldırmağa kömək olur.

Ceykob Lyu

Yenidən ABŞ-a qayıtmaq vaxtıdır. İndi isə bu ölkənin maliyyə naziri haqqında danışaq. İlk baxışda belə görünə bilər ki, axı ABŞ nazirliyi dünyanın digər ölkələrinə necə təsir göstərə bilər? Cavab da çox aydındır -  ABŞ maliyyə nazirliyinin borc qiymətli kağızları dünyada ən etibarlılardan hesab olunur və buna görə də dünyanın bir çox bankları və maliyyə bazarının peşəkar iştirakçıları onlara sahibdir, o cümlədən Rusiya, Aİ, Yaponiya və digər ölkələr.

Ən sərfəli kredit üçün müraciət et

Corc Soros

Dünya maliyyə dünyasında ən nüfuzlu insanlardan biridir. O, valyuta bazarlarında dünyanın ən nəhəng Mərkəzi Banklarını aldatmağa müvəffəq olmuşdur. 1992-ci ilin 16 sentyabrında, “qara çərşənbə” günündə, Soros bir gün ərzində Bundesbankın prezindenti Helmuş Şlezinqerin insayder informasiyası sayəsində 1 milyard dollardan artıq vəsait qazanmışdır.

Abdulla Salem əl-Bədri

Neftin qiymətinə nəzarət bugünkü dünyada olduqca əhəmiyyətlidir, müasir müharibələrin bir çoxuna rəvac verən amil neftli torpaqlara sahib olmaq uğrunda gedir. Ona görə də OPEK-in sədri də bizim reytinqə daxil olub. Bu təşkilat böhran situasiyalarının müsbət sonluqla yekunlaşması üçün neftin hasilatı və satışı ilə bağlı məsələlərin razılaşdırılmasına görə məsuliyyət daşıyır.  Həmçinin Azərbaycan da daxil olmaqla, bir çox ölkələrin valyuta qiymətinin və ölkənin iqtiasadi rifahının neftdən asılılığını da qeyd etmək vacibdir.

Si Tsinpin

Çin Xalq Respublikasının rəhbəri – dünyanın ən nüfuzlu insanların siyahısını onsuz tam təsəvvür etmək olmaz. Elə bir ölkə tapmaq çətindir ki, orda Çin istehsalı olan məhsul olmasın, keyfiyyət səviyyəsindən asılı olmayaraq. Ölüm hökmünün olması və kommunist idealogiyası Çinə dünyanın ən güclü iqtisadiyyatlarından birinə çevrilməyə mane olmadı, onlar hətta ABŞ-ı belə ötə bilərlər.

Karlos Slim Elu

Forbes jurnalının versiyasına əsasən 2010-cu ildən bəri dünyanın ən zəngin insanıdır. Maraqlıdır ki, o nə Aİ, nə ABŞ, nə də Çindən deyil. Karlos Slim Elu - ərəb mənşəli meksikalıdır.

Onun Grupo Carso adlı holdinqinin əsas aktivləri telekommunnikasiya sənayesi ilə bağlıdır: Telefonos de Mexico, Altria Group (keçmiş direktor Philip Morris), Telcel və America Movil. İyulun ortalarında onun sərvətinin miqdarı 79,6  milyard dollar civarında hessablanırdı.