Dünya iqtisadiyyatı üçün bədbin proqnoz | Banco.az

Dünya iqtisadiyyatı üçün bədbin proqnoz

Qurumun bu il üçün nəzərdə tutduğu proqnozlar özünü doğrultmayıb.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki, “İqtisadi əməkdaşlıq və İnkişaf Təşkilatı” (OECD - Organisation for Economic Co-operation and Development) digər beynəlxalq qurumların ardınca dünya iqtisadi inkişafi barədə “qeyri-nikbin” proqnozlarını dərc edib. Bazar iqtisadiyyatlı 34 ölkəni birləşdirən Təşkilat ötən ilin noyabr ayında 2015-ci ildə qlobal ümumdaxili məhsulun 3.7 faiz artacağını ehtimal etmişdisə, yeni proqnoz - 2.9 faiz təşkil edir. Quruma görə gələn il isə dünyanın iqtisadi artım səviyyəsi yalnız 3.3 faizə qədər yüksələcək. 

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı” hesab edir ki, ABŞ və Avrozonanın bu baxımdan başlıca problemi, inkişaf etməkdə olan dövlətlərdə iqtisadi artım tepminin zəifləməsidir. Məsələn Qərbin sanksiyalarından əziyyət çəkən Rusiyada ümumdaxili məhsulun bu ilki proqnozu - 4 faiz təşkil edir. Braziliyada isə bu göstərici - 3.1 faiz təşkil edir. “Dünyanın üçüncü dövlətlərində” yaşanan iqtisadi problemlər beynəlxalq ticarətdə durğunluğa bais olub. Sonuncu dəfə belə vəziyyət 2009-cu ilin qlobal böhranı zamanı müşahidə olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et